İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada Rusiya təhlükəsi həyəcanı: Hərbi xərclərlə bağlı tələb

 

 

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok Rusiya tərəfindən artan təhdidlər fonunda ölkənin müdafiə büdcəsinin təcili artırılması tələbi ilə çıxış edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Badenok 2030-cu ilə qədər Britaniyanın hərbi xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizi səviyyəsinə çatdırmağı təklif edib. Mühafizəkarlar liderinin planına əsasən, orduya ayrılacaq əlavə 10 milyard funt-sterlinq vəsait sosial ödənişlərin, xüsusən də mənzil müavinətlərinin ixtisarı hesabına təmin edilməlidir.

Bu təklif yerli siyasi dairələrdə və ictimaiyyət arasında ciddi müzakirələrə və kəskin etirazlara səbəb olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR