Onlayn ictimai-siyasi qəzet
Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində palçıq və lil axını nəticəsində azı iki nəfər ölüb, daha 10 nəfər itkin düşüb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Palçıq-daş axını sentyabrın 5-də səhər saatlarında Tsyan şəhər dairəsinin Suyçuan qəzasında yerləşən yaşayış məntəqələrindən birində baş verib. Daha əvvəl bir nəfərin öldüyü bildirilib.
Palçıq və lil axını səkkiz evi tamamilə dağıdıb, daha dörd evə isə cüzi ziyan dəyib. Axtarış-xilasetmə işləri davam etdirilir./Report
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ