İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin sonu görünür: Tramp “qələbə” elanına hazırlaşır

ABŞ prezidenti Donald Tramp İrana qarşı iki ay davam edən müharibə ilə bağlı birtərəfli “qələbə” elan etməyi nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Ağ Evdə yüksək səviyyəli rəsmilərin sorğusu əsasında ABŞ kəşfiyyat qurumları Tehranın bu addıma necə reaksiya verə biləcəyini araşdırır.

Mənbələr bildirir ki, bu təhlilin məqsədi münaqişənin mümkün dayandırılmasının nəticələrini qiymətləndirməkdir. Rəsmilərdən bəziləri hesab edir ki, müharibənin davamı Respublikaçılar Partiyası üçün qarşıdan gələn aralıq seçkilərdə ciddi itkilərlə nəticələnə bilər.

Ağ Ev nümayəndəsi agentliyə açıqlamasında Trampa müharibəni dayandırmaq üçün daxili təzyiqlərin “çox böyük” olduğunu deyib. Bununla yanaşı, Reuters/Ipsos sorğusuna əsasən, amerikalıların cəmi 26 faizi hərbi kampaniyanın xərclərini əsaslandırılmış hesab edir, 25 faizi isə onun ABŞ-ı daha təhlükəsiz etdiyini düşünür.

Ağ Evdə gedən son müzakirələrdən xəbərdar olan üç mənbə bildirib ki, Tramp həm özü, həm də partiyası üçün bu müharibənin siyasi qiymətini yaxşı anlayır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR