İnsanlara hürriyət, millətlərə istiqlal!

Murad efirlərə çıxmama səbəbini açıqladı

Bəstəkar-müğənni Murad Arif “İncə Səhər” verilişinin qonağı olub.

Musavat.com xəbər verir ki, veriliş zamanı aparıcı Vüsalə Əlizadə müğənninin bir müddət əvvəl sosial şəbəkədə paylaşdığı, yalnız seçdiyi məkanlarda 5-7 saatlıq məclislərə qatılacağı ilə bağlı qərarını xatırladıb.

Aparıcının “Bu qədər niyə seçicisiniz?” sualını cavablandıran sənətçi bildirib ki, məqsədi kapriz göstərmək deyil.

Murad Arif deyib ki, özünü rahat və güvənli hiss etdiyi, sənətini yüksək səviyyədə təqdim edə biləcəyi məkanlarda çıxış etməyə üstünlük verir.

Sənətçi əlavə edib ki, eyni prinsipi televiziya proqramlarına da tətbiq edir.

Murad Arif bildirib ki, hər efir dəvətini qəbul etmir: “Özümü rahat hiss etdiyim, peşəkar komandanın çalışdığı, güvəndiyim verilişlərə qatılıram. Mənim üçün əsas məsələ rahat mühitdə öz işimi ən yaxşı şəkildə görə bilməkdir.”

Veriliş zamanı müğənni daha bir maraqlı etiraf da edib. O bildirib ki, aparıcılıqdan müğənniliyə keçməsinə baxmayaraq, 12 ildir vokal dərsləri alır və bunun sənətdə daim inkişaf etmək istəyindən irəli gəldiyini vurğulayıb.

Qeyd edək ki, həmin paylaşımda Murad Arif bildirmişdi ki, artıq 5-7 saatlıq toy və məclisləri yalnız özü və komandası tərəfindən təsdiqlənən məkanlarda qəbul edəcək. O qeyd etmişdi ki, bu qərar rahatlıq, xidmət, kulis otağı və akustika kimi meyarlara əsaslanır və müzakirə olunmur. Yalnız yarımsaatlıq proqramlar üçün məkan məhdudiyyəti yoxdur.

 Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2026

17 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR