İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət Paşinyana qarşı yeni siyasi hücuma keçir

Ermənistanda müxalif düşərgə Paşinyan hakimiyyətinə qarşı mübarizədə Qarabağ erməniləri mövzusunu əsas siyasi alətə çevirməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, “Ayakve” təşəbbüs qrupunun üzvü, sabiq deputat Anna Kostanyan çıxışında müxalifətin indiyə qədər yol verdiyi əsas səhvləri açıq şəkildə etiraf edib və yeni siyasi xəttin konturlarını ortaya qoyub.

Kostanyan bildirib ki, müxalifət uzun müddət abstrakt, ümumi və nəticəsiz şüarlarla çıxış edib. Onun sözlərinə görə, əgər müxalif qüvvələr müharibəyə qarşı olduqlarını deyirlərsə, bunu təkcə bəyanat səviyyəsində yox, konkret siyasi və diplomatik proqramla əsaslandırmalıdırlar. O vurğulayıb ki, cəmiyyət bilməlidir: qarşıdakı bir il və ya beş il ərzində hansı addımlar atılacaq, hansı diplomatik xətt izlənəcək və Ermənistan regionda hansı mövqedən çıxış edəcək.

Sabiq deputat açıq şəkildə bildirib ki, seçki kampaniyasını yalnız “Paşinyanı uzaqlaşdırmaq lazımdır” şüarı üzərində qurmaq çıxılmaz yoldur və bu yanaşma indiyə qədər heç bir nəticə verməyib. Kostanyanın fikrincə, "Paşinyana real siyasi təzyiq göstərmək istəyən müxalifət üçün əsas mövzulardan biri Qarabağ ermənilərinin "hüquqları" məsələsi olmalıdır və bu mövzu müxalifətin siyasi gündəminin mərkəzinə çıxarılmalıdır".

Məhz bu yanaşma fonunda Ermənistan müxalifətinin Qarabağ mövzusunu yenidən daxili siyasi mübarizənin əsas rıçaqlarından birinə çevirməyə çalışdığı açıq görünür. Bu isə regionda sülh gündəliyi baxımından ciddi risklər yaradır.

Rəsmi Bakının qəti mövqeyi: Azərbaycan artıq Ermənistana sülh əlini uzadıb, ticarət və iqtisadi əlaqələri normallaşdırmağa çalışır. Lakin bu cür addımlar, yəni Qarabağ məsələsini yenidən daxili siyasi mübarizə vasitəsinə çevirmək cəhdi, Azərbaycan tərəfindən artıq qətiyyətlə qəbul olunmayacaq.

Bu, Bakının qırmızı xəttidir: Azərbaycan tərəfi aydın şəkildə vurğulayır ki, əgər hər hansı bir şəxs və ya qrup Qarabağ kartını təkrar qaldırarsa, bu, sülh gündəliyinə və müqaviləsinə xüsusi bənd kimi daxil ediləcək. Yəni, belə addımlar atanlar dərhal məsuliyyətə cəlb olunacaq və rəsmi Bakı bu məsələdə artıq kompromisə getməyəcək.

Musavat.com xəbər verir ki, bu addım Azərbaycanın 30 illik işğal dövründə yaşadıqlarını nəzərə alaraq, sülh prosesini pozmağa çalışan revanşist qüvvələrə açıq xəbərdarlıqdır. Bakının səbrini tükətməmək üçün İrəvan bu məsələdə dərhal mövqe bildirməli və məsuliyyətsiz addımların qarşısını almalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR