Onlayn ictimai-siyasi qəzet
Tanınmış aparıcı Namidə İsayeva Dünyagöz Xəstəxanasında PR və marketinq rəhbəri vəzifəsinə təyin edilib.
Musavat.com xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb:
“Yeni fəaliyyətim çərçivəsində cəmiyyətin göz sağlamlığının qorunması, maarifləndirmə layihələri və keyfiyyətli tibbi xidmətlərin tanıdılması istiqamətində çalışacağam. Göz sağlamlığınız bizə əmanətdir”.
Xatırladaq ki, bundan öncə Namidə İsayeva Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri vəzifəsində çalışıb.
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ