İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikə görə layihədən uzaqlaşdırıldı

TRT Tabii platforması üçün çəkilən “Atəş dənizi” serialının baş rol ifaçısı Erdem Kaynarca barəsində narkotik vasitə istifadəsi ilə bağlı aparılan araşdırmadan sonra yapım şirkəti onunla əməkdaşlığa son verib.

Musavat.com xəbər verir ki, Beykoz ayaqqabı fabrikində yerləşən çəkiliş meydançasında keçirilən əməliyyatdan sonra aktyor ifadə vermək üçün polisə aparılıb. Lazımi prosedurlar tamamlandıqdan sonra o, sərbəst buraxılıb.

Serialın istehsalçısı "Sepya Film Prodüksiyon" açıqlamasında bildirib ki, şirkətin nüfuzuna və layihəyə zərər vurduğu əsas gətirilərək Kaynarca ilə müqavilə birtərəfli qaydada ləğv edilib.

Hadisədən sonra çəkilişlərə bir həftəlik fasilə verildiyi, yeni baş rol aktyorunun axtarışına başlanıldığı bildirilir.

Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

18 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR