İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO təlimləri Ukrayna ordusunu şoka saldı – Hərbi təlimdə qəhvə fasiləsi

Ukrayna hərbçilərinin NATO ilə birgə təlimlərdən sonra səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Welt nəşrinin məlumatına görə, 2025-ci ildə İsveçdə keçirilən birgə təlimlərdən sonra Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri NATO ordularının müasir müharibəyə hazırlığı ilə bağlı ciddi şübhələr ifadə ediblər.

Nəşrin həmsöhbətlərindən biri olan ukraynalı hərbçi bildirib ki, Qərb ordularının döyüş meydanında heç bir şansı olmazdı.

Məlumata görə, NATO ölkələrinin hərbçiləri təlim zamanı mütəmadi olaraq qəhvə fasilələri verib, istirahət üçün kifayət qədər vaxt ayırıblar. Ukraynalı hərbçiləri, həmçinin poliqonlarda pilotsuz uçuş aparatlarının istifadəsinə qoyulan çoxsaylı məhdudiyyətlər və digər sərt qaydalar da təəccübləndirib.

Təlim ssenarisinə əsasən, Ukrayna Silahlı Qüvvələri şərti rəqib rolunda çıxış edib və sonda NATO qüvvələri üzərində qələbə qazanıb. Məqalədə qeyd olunur ki, alyansın hərbçiləri təlimin sonunda xeyli yorğun görünürdülər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR