İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik Lənkərandakı qəza ilə bağlı məlumat YAYDI – YENİLƏNİB-3

Lənkəran- Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat qəzası zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Mercedes Vito" markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Ağayeva Gülnaz Yusub qızı və 1997-ci il təvəllüdlü Nəsirov Zaman Tərlan oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır

***

Lənkəranda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.

Qəza nəticəsində ölənlərdən birinin və xəsarət alan şəxsin kimliyi müəyyənləşib.

Ölənlərdən biri Lənkəran rayonunun Şıxakəran kənd sakini 1962-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayevadır. Digər ölənin kimliyi hələ məlum deyil (kişi cinslidir).

Ağır xəsarətlər alan 1978-ci il təvəllüdlü Gülnarə Süleyman qızı Hüseynova isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

"Mercedes Vito"nun sürücüsü Lənkəran rayonunun Şıxakəran kənd sakini 1984-cü il təvəllüdlü Amid Əhməd oğlu Məmmədov xəsarət almayıb.

"Dong Feng" sürücüsü İran İslam Respublikasının Astara şəhər sakini Aydın Riyazi də yaralanmayıb.

Fakt üzrə araşdırma aparılır.//Report

***

Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində "Mercedes Vito" markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, nəticədə mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR