İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin keçmiş prezidenti öldü - sensasion iddialar

"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.

Funksioner 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub. Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb.//Oxu.Az

Xitab24.az saytı isə yazır ki,“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov təbii ölümlə deyil, faciəvi şəkildə həyatını itirib. İddia olunur ki, idman funksionerinin meyiti yaxınları tərəfindən aşkarlanıb. Məlumata görə, S.Sadıqov bir neçə gündür işdə də görünməyib.

Qeyd edək ki, Sadıq Sadııqov son olaraq “Neftçi” idman klubunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışırdı.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR