Onlayn ictimai-siyasi qəzet
Azərbaycan milli komandası Malta yığmasına qarşı keçirdiyi yoldaşlıq görüşündə məğlubiyyətlə üzləşib.
Musavat.com xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş tutan qarşılaşma Malta millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun ilk hissəsində hesab açılmasa da, ikinci yarıda Malta yığması iki dəfə fərqlənərək qələbəni təmin edib.
@@/TVmusavat/148141@@
***22:05
Azərbaycan milli komandası Malta yığması ilə keçirdiyi yoldaşlıq görüşünün ilk hissəsini qolsuz heç-heçə ilə başa vurub.
Musavat.com xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində keçirilən qarşılaşmanın ilk 45 dəqiqəsində tərəflər hesabı aça bilməyiblər.
İlk hissədən sonra tablo 0:0 hesabını göstərib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ