İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiyadan gələn ermənilərə səsləndi: “Vətəniniz sizi gözləyir”

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadan ölkəyə gələn ermənilərə müraciət edib.

Musavat.com xəbər verir ki, Paşinyan onlara Ermənistanın gələcəyi ilə bağlı mövqe və məsuliyyət nümayiş etdirməyə çağırıb.

Baş nazir bildirib ki, Rusiyadan gələnlərin bir qismi artıq bir neçə saat, bəziləri isə bir neçə gündür Ermənistandadır. Onun sözlərinə görə, onlar bu müddətdə ölkədə yaradılan azadlıq mühitini hiss ediblər. 

Paşinyan qeyd edib ki, bu azadlıq təkcə şəxsi seçim deyil, həm də dövlət qarşısında məsuliyyət tələb edir. O, Ermənistanı həmin şəxslərin də vətəni adlandırıb.

“Qayıdın, Vətəniniz sizi sevir və gözləyir”, - Nikol Paşinyan bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR