İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman Həsənzadə necədir? - Açıqlama

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Musavat.com xəbər verir ki, Xalq şairinin köməkçisi Arif Mehmandost Nəriman Həsənzadənin vəziyyətinin ağır olaraq qaldığını bildirib.

Onun sözlərinə görə, şair hazırda da reanimasiya şöbəsində müalicəsini davam etdirir : “Vəziyyəti ağır-stabil olaraq qalır. Huşu üstündədir, danışır. Amma hələ bir irəliləyiş yoxdur. Həkimlər gözləyir”.

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə alır. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR