İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu BMT Baş Assambleyasında çıxış etdi — Çoxsaylı nümayəndə heyəti zalı tərk etdi

Netanyahu Nyu-York merinə müraciət etdi: "Həqiqəti susdura bilməyəcəksiniz"

Musavat.com xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Nyu-York şəhərinin meri Mamdaniyə müraciət edərək onu sərt ittiham edib.

Netanyahu çıxışında Mamdaninin mer seçilməsindən sonra Nyu-Yorkda yaşayan bir çox yəhudinin özünü təhlükəsizlikdə hiss etmədiyini vurğulayıb: "Onlar mənə deyirlər ki, bu artıq xatırladıqları şəhər deyil. Bu təəccüblü deyil. Siz HƏMAS-ı dəstəklədiyi üçün məkum edilən cinayətkarları tərifləyirsiniz, Amerikanın 11 sentyabr terroruna layiq olduğunu deyən Həsən Payker kimi insanları özünüzə dost hesab edirsiniz".

İsrail Baş naziri həmçinin bildirib ki, Mamdani HƏMAS döyüşçülərinin israil girovlarını döyməsini və onlara işgəncə verməsini lentə alan fələstinli jurnalisti evinə dəvət edib. Netanyahu əlavə edib ki, şəhər merinin həyat yoldaşı 7 oktyabr hücumunu tərifləyən və Tel-Əvivin mövcud olmamalı olduğunu bildirən paylaşımları bəyənib, Mamdani isə bu bəyanatları pisləməkdən imtina edir.

"Cənab Mamdani, siz mənim buraya gəlişimə mane olmağa, məni susdurmağa çalışdınız. Amma siz məni susdura bilməyəcəksiniz. Siz həqiqəti susdura bilməzsiniz", — deyə Netanyahu bildirib.

***

Netanyahu BMT Baş Assambleyasında çıxış edib: Zalda gərgin anlar

Musavat.com xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasında çıxış edib.

İsrail hökumətinin rəhbəri çıxışına başlamazdan əvvəl zalda olanlara müraciət edərək sərt bəyanatla çıxış edib: "Çıxışıma başlamazdan əvvəl kiçik bir elan: əgər bu zalda hələ də zalı tərk etməmiş başqa mənəvi qorxaqlar qalıbsa, xahiş edirəm, bunu elə indi etsinlər!"

Netanyahunun çıxışı zamanı bir çox ölkənin nümayəndə heyəti iclas zalını tərk edib, bəzi nümayəndələr isə onu alqışlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR