Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin bir sıra aparıcı kütləvi informasiya vasitələrinə və tanınmış jurnalistlərinə qarşı iddia qaldırıb.
"Likud" partiyasının yaydığı məlumata görə, məhkəmə iddiasına səbəb 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan əvvəl Netanyahunun guya Misir və BƏƏ rəhbərliyindən xəbərdarlıq alması barədə mətbuatda dərc olunan materiallardır.
Tələb olunan təzminatın məbləği 2,6 milyon şekel (təxminən 850 min dollar) təşkil edir. Cavabdehlər siyahısında "Haaretz" və "Yedioth Ahronoth" qəzetləri, 12-ci kanal, habelə jurnalistlər Şlomi Eldar, Uri Misqav, Nadav Eyal, Barak Ravid və Attila Şomfalvi yer alıb.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ