İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu yeni Yaxın Şərqi elan etdi: "İranın "ölüm sənayesi" məhv oldu"

İsrail Baş naziri Benyamin Netanyahu İran rejiminin gələcəyi və regionun yeni enerji xəritəsi ilə bağlı növbəti sensasiyalı bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, Netanyahu İsrailin İran rejiminin süqutu üçün lazımi şərait yaratdığını, lakin rejimin sağ qalıb-qalmayacağından asılı olmayaraq, onun artıq ciddi dərəcədə zəiflədiyini bildirib.

"Rejim sağ qalsa belə, müqayisəolunmaz dərəcədə gücsüz olacaq. O, onilliklər ərzində qurduğu, birbaşa 'ölüm sənayesi' ilə bağlı olan bütün sənaye sahələrindən və əvvəllər sahib olduğu bir çox digər imkanlardan məhrum edilib. İndi o, ən həssas nöqtəsindədir və dərk edir ki, yenidən cəhd etsə, daha ağır zərbə alacaq", – deyə Baş nazir vurğulayıb.

Netanyahunun çıxışında yer alan ən strateji məqamlardan biri Hörmüz boğazına alternativ marşrutların yaradılması təklifi olub. O, neft və qaz kəmərlərinin Ərəbistan yarımadasından keçərək birbaşa İsrail limanlarına çatdırılmasının tamamilə real olduğunu və bunun üzərində işlədiklərini qeyd edib. Amerikalıların Hörmüz boğazını tezliklə açacağına və bununla da dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşəcəyinə inandığını bildirən Baş nazir, bu müharibənin bir çoxlarının düşündüyündən daha tez bitəcəyini proqnozlaşdırıb. "Amerika İsrail üçün döyüşmür, o, öz maraqlarını və qlobal təhlükəsizliyi qoruyur" deyən Netanyahu, həmçinin İranın sonuncu şahının oğlu Rza Pəhləvinin fəaliyyətini yüksək qiymətləndirərək onu "yaxşılığa doğru aparan bir qüvvə" adlandırıb.

Məlumatlarda qeyd olunur ki, Netanyahunun bu çıxışı İranın hərbi-sənaye kompleksinin, xüsusilə raket və nüvə proqramı infrastrukturunun böyük ölçüdə məhv edildiyinin rəsmi təsdiqi olmaqla yanaşı, bölgədə İranın "enerji şantajı"na birdəfəlik son qoyacaq yeni iqtisadi nizamın anonsudur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR