İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan orduya ŞOK TƏLİMAT - "Həm özlərini, həm də idarə edənləri vurun" - VİDEO

İsrailin baş naziri Binyamin Netanyahu pilotsuz uçuş aparatlarının (PUA) yaratdığı qlobal təhlükə ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, hökumət rəhbəri dronların hərbi müstəvidə artan roluna diqqət çəkərək deyib:

"Bu, F-35-dir. Bəs sizin evinizdə dron var? O, heç də az ölümcül olmaya bilər. Dronlar dəstə halında fəaliyyət göstərdikdə, silahla təchiz olunduqda, yüksək dəqiqliyi ilə seçildikdə və onları aşkar etmək çətin olduqda böyük təhlükəyə çevrilirlər. Artıq bir neçə ildir ki, biz dron probleminin həlli üzərində işləyirik. Biz bu məsələdə dünyada en qabaqcıl ölkəyik, lakin bu, qlobal bir problemdir".

Netanyahu bu təhdidin artıq müxtəlif münaqişə zonalarında özünü büruzə verdiyini vurğulayıb: "Biz bunu Ukraynada gördük, Livanda gördük, İranda gördük. İndi isə onlar bunu yenidən bərpa etməyə və Qəzzaya keçirməyə çalışırlar".

İsrail baş naziri təhlükəsizlik qüvvələrinə verilən tapşırıqları açıqlayaraq fikirlərini yekunlaşdırıb: "Mənim təhlükəsizlik qüvvələrinə və İsrail Müdafiə Ordusuna (İDF) göstərişim budur ki, bu ölümcül alətə qarşı lazımi olan hər şeyi etsinlər: dronların özlərinə, onları idarə edənlərə və buraxıldıqları məkanlara zərbələr endirilsin".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR