Onlayn ictimai-siyasi qəzet
Müğənni Nigar Camal sosial şəbəkədə tələbəlik illərindən olan arxiv fotosunu izləyiciləri ilə bölüşüb.
Musavat.com xəbər verir ki, sənətçi paylaşımında universitet illərini xatırlayaraq müəllimi Aida Quliyevaya müraciət edib.
Nigar Camal fotoya "Xəzər Universiteti – Aida Quliyeva. Biz sizi sevirik, biz sizin üçün darıxırıq" sözlərini yazıb.
Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb. Sənətçinin tələbəlik dövrünə aid fotosu qısa zamanda sosial şəbəkələrdə diqqət çəkib və çoxsaylı bəyənmə toplayıb.
Qeyd edək ki, Nigar Camal 2011-ci ildə "Eurovision Song Contest 2011" yarışmasında Azərbaycanın təmsilçisi kimi qalib gələrək ölkəyə ilk "Eurovision" birinciliyini qazandırıb.
Könül
Musavat.com

05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ