İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuhun gəmisinin sirri açılır: Türkiyə Ağrı dağında qazıntı aparır

Türkiyənin Ağrı vilayətinin Doğubayazıtdakı "Durupınar" geoloji quruluşunda Nuhun gəmisinin izlərini araşdıran alimlər tarixi tapıntıya bir addım da yaxınlaşıblar.

Musavat.com xəbər verir ki, gəmi formasındakı geoloji anomaliya ərazisində aparılan genişmiqyaslı elmi tədqiqatların ilkin nəticələri açıqlanıb.

Götürülən 300-dən çox torpaq nümunəsinin laborator analizi göstərib ki, obyektin daxilindəki orqanik maddələrin miqdarı ətraf torpaq qatından üç dəfə çoxdur. Yeraltı radiolokasiya skanlaması zamanı torpağın altında düz bucaqlar, qatlaşmalar, boşluqlar və ehtimal olunan tunellər qeydə alınıb ki, bu da ərazidə qədim insan fəaliyyətinin olmasını sübut edir.

Alimlər hipotezi yoxlamaq üçün ərazidə ilk dəfə olaraq xüsusi buruq-qazma işlərinə başlayıblar. Mütəxəssislər götürülən nümunələrdə çürümüş ağac qalıqlarını, heyvan sümüklərini və insan izlərini araşdırırlar. Laboratoriya analizlərinin yekun nəticələri və genişmiqyaslı rəsmi hesabat gələn il ictimaiyyətə təqdim olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR