İnsanlara hürriyət, millətlərə istiqlal!

O da “Taşacak Bu Deniz”ə vida etdi

TRT 1-də yayımlanan "Taşacak Bu Deniz" serialında növbəti ayrılıq yaşanıb.

Musavat.com xəbər verir ki, ekran işində Melina Miryano obrazını canlandıran  aktrisa Gerçek Alnıaçık layihədən ayrıldığını açıqlayıb. Aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edərək serialla vidalaşıb.

Gerçek Alnıaçık paylaşımında layihənin əvvəlcə 9 bölümlük planlaşdırıldığını, lakin hekayənin mövsüm sonunadək davam etdiyini qeyd edib. O, çəkiliş heyətinə, rejissorlara, aktyor dostlarına və tamaşaçılara təşəkkür edərək yeni layihələrdə yenidən görüşmək ümidi ilə sağollaşıb.

Qeyd edək ki, son günlər "Taşacak Bu Deniz" serialında ard-arda aktyor ayrılıqları yaşanır. Daha əvvəl aktyor Onur Dilberin də layihədən ayrıldığı bildirilmişdi

Könül
Musavat.com

HLQprCYWEAAG_PE.jpg (202 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR