İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğlunu davadan kənarlaşdırmaq istəyən ana ÖLDÜRÜLDÜ

Türkiyənin Şanlıurfa vilayətinin Haliliye rayonunda iki qrup arasında baş verən silahlı münaqişə faciə ilə nəticələnib. Davanı sakitləşdirməyə çalışan 43 yaşlı Heriman Altundağ həyatını itirib, onun 15 yaşlı oğlu isə ağır yaralanıb. Hadisə ilə bağlı dörd nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, tərəflər arasında hələlik məlum olmayan səbəbdən başlayan mübahisə qısa müddətdə böyüyərək silahlı qarşıdurmaya çevrilib. Hadisə zamanı ərazidə silah səsləri eşidildikdən sonra polis və təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

Qarşıdurmanı dayandırmağa çalışan Heriman Altundağ və oğlu S.A. atəş açılması nəticəsində yaralanıblar. Ana və oğul dərhal xəstəxanaya çatdırılıb.

Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, Heriman Altundağın həyatını xilas etmək mümkün olmayıb. Ağır yaralanan 15 yaşlı oğlunun müalicəsinin isə davam etdiyi bildirilir.

Polis hadisə ilə bağlı geniş araşdırmaya başlayıb. İlkin əməliyyatlar nəticəsində davada iştirak etdikləri ehtimal olunan dörd nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları hadisənin səbəblərini və bütün təfərrüatlarını araşdırır.

Şanlıurfada baş verən bu hadisə bölgədə böyük kədər yaradıb. Yerli sakinlər davanı dayandırmağa çalışarkən həyatını itirən ananın ölümünü faciə kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR