İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüb? – Xamenei haqda üç xəbər

İranın ali lideri Müctəba Xameneinin sui-qəsd cəhdindən sonrakı vəziyyəti ilə bağlı yayılan məlumatlar İran dövlət mediasını onun 12 saniyəlik videosunu yayımlamağa vadar edib. 

Musavat.com bildirir ki, "The Times" da daxil olmaqla, İranın yeni ali liderinin öldüyünü, komada olduğunu və ya sui-qəsdə uğradığını bildirilir.

Şayiələr fevralında ABŞ və İsrailin onun atası Əli Xameneinin ölümünə səbəb olan hava hücumlarından sonra başlayıb. Bu gün isə İranın yarırəsmi "Mehr" xəbər agentliyi qısa 12 saniyəlik video yayımlayıb. Videoda Müctəba Xameneinin qapalı otaqda xalçanın üzərində oturub müşavirləri və rəsmiləri ilə ünsiyyət qurduğu göstərilir.

“İranın ali rəhbəri Müctəba Xamenei ağır vəziyyətdə deyil, o, hələ martın ortalarından ölüb”.

Axar.az xəbər verir ki, bu barədə britaniyalı siyasi fəal və analitik Nikolas Lisak X hesabında yazıb. “Bütün bu tamaşa sadəcə SEPAH-ın Müctəbanın öldüyünü təsdiqləmək və onun yerinə daha radikal tərəfdarını gətirmək üçün həyata keçirdiyi həyasız hiylədir”, - Lisak bildirib.

Müctəba Xamenei və Pezeşkian nəyi müzakirə etdilər? - DETALLAR —  TodayPress.tv

Bu arada, İran prezidenti Məsud Pezeşkian Xamenei ilə görüşünü şərh edib. Məsud Pezeşkian İranın dövlət televiziyasına müsahibəsində Müctəba Xamenei ilə keçirdiyi görüşü müsbət və məhsuldar adlandırıb. Pezeşkianın sözlərinə görə, görüş çox yaxşı keçib və təxminən 7 saat davam edib.

O qeyd edib ki, bu müddətdə İrana aid demək olar bütün məsələlər müzakirə olunub. İran prezidenti görüşdə əsas müzakirə mövzularının insanların dolanışığı, məşğulluğu və mənzil təminatı olduğunu vurğulayıb: “Biz, həmçinin, sanksiyaların yaratdığı problemləri müzakirə etdik. Hökumətin və millətin mövqeyi, xalqın dəstəyi, birlik və həmrəylik bu görüşdə ətraflı müzakirə edilən digər məsələlər idi”. Pezeşkian əlavə edib ki, ali rəhbərin ən mühüm tövsiyəsi ölkə daxilində “birlik və həmrəylik” olub. İran prezidenti vurğulayıb ki, mövcud şəraitdə birlikdən vacib heç nə yoxdur, çünki “düşmənin əsas məqsədlərindən biri ölkə daxilində ixtilaf yaratmaqdır”.

Emil Salamoğlu
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR