İnsanlara hürriyət, millətlərə istiqlal!

Onopko yaraşıqlı olmadığına görə "Barselona"ya transfer oluna bilməyibmiş

Moskvanın “Spartak” klubunun və Rusiya millisinin keçmiş futbolçusu Viktor Onopko vaxtilə "Barselona"ya transferinin uğursuz olmasından danışdı.

Musavat.com xəbər verir ki, bu barədə İspaniyada çıxan "Mundo Deportivo" nəşri yazıb.

Onopko etiraf edib ki, Kataloniya klubunun ona olan marağı barədə bu yaxınlarda öyrənib. "Barselona məni transfer etmək istəyirmiş. Amma Kroyf və ya köməkçilərindən biri mənim çirkin olduğumu deyib və buna görə də məni almayıblar", - keçmiş futbolçu bildirib.

Bundan əlavə, Onopko “Real Ovyedo” klubu əvəzinə "Atletiko Madrid"in heyətində ola biləcəyini bildirib. "Agentlərim yalan danışdığı üçün "Atletiko"ya düşmədim. Sonda “Real Ovyedo”ya gəldim və xoşbəxt oldum", - deyə o bildirib.

Onopko hazırda Rusiya milli komandasının məşqçisidir. O, "Spartak" və "Ovyedo" ilə yanaşı, Donetskin "Şaxtyor", İspaniyanın "Rayo Valyekano", Rusiyanın "Saturn Ramenskoye" klublarında da oynayıb. Müdafiəçi 1996-cı ildən 2002-ci ilə qədər "Ovyedo" klubunun heyətində 222 oyun keçirib.

karlonop.JPG (47 KB)

Onu da qeyd edək ki, Onopkonu yaraşıqlı olmadığına görə almayan “Barselona” sonradan Karles Puyol ad-soyadlı futbolçunu alıb kapitan etdi. Puyol isə yaraşıqda Onopkodan da betər gündəydi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR