İnsanlara hürriyət, millətlərə istiqlal!

Orbandan Brüsselə sarsıdıcı cavab: "Ukraynanın oyuncağı olmayacağıq, 90 milyardlıq kredit bloklandı"

Macarıstan və Ukrayna arasındakı "neft müharibəsi" Avropa İttifaqının ən böyük maliyyə planlarından birini — Kiyevə 90 milyard avroluq kredit ayrılmasını dalana dirəyib.

Musavat.com xəbər verir ki, baş nazir Viktor Orban Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın xahişinə kəskin "yox" cavabı verib.

Orban məktubunda Ukraynanın "Dostluq" (Drujba) kəməri vasitəsilə Rusiya neftinin tranzitini dayandırmasını "absurd vəziyyət" adlandırıb. O qeyd edib ki, Macarıstan Ukrayna üçün maliyyə baxımından əlverişli olan, lakin şəxsən özünün bəyənmədiyi qərarları qəbul etdiyi halda, Kiyev Budapeşt üçün enerji fəlakəti yaradır.

Məktubda Orbanın Brüsselə ünvanladığı kəskin ifadələr diqqət çəkir:
"Mən Aİ Şurasının ən intizamlı və ardıcıl üzvlərindən biriyəm. Lakin vəziyyətin absurdluğunu siz də görürsünüz — biz Ukraynaya fayda verən qərar qəbul edirik, ardınca Ukrayna Macarıstanda enerji böhranı yaradır, siz isə məndən heç nə olmamış kimi davranmağımı istəyirsiniz. Bu, qeyri-mümkündür!"

90 milyard avroluq maneə
Orban açıq şəkildə bəyan edib ki, nə qədər ki Ukrayna tranzit məsələsini normallaşdırmayıb, Macarıstan hökuməti Kiyevin xeyrinə olan heç bir maliyyə qərarını dəstəkləməyəcək. Söhbət 2026-2027-ci illər üçün nəzərdə tutulan və Aİ büdcəsi hesabına maliyyələşən nəhəng kredit paketindən gedir.

Macarıstan lideri iddia edir ki, neftin vurulmasının bərpası üçün heç bir texniki maneə yoxdur və hər şey Kiyevin siyasi iradəsindən asılıdır. Ekspertlər hesab edirlər ki, Orban bu gedişi ilə həm ölkə daxilində yanacaq qiymətlərinin artmasının qarşısını almağa, həm də apreldə keçiriləcək seçkilər öncəsi öz mövqelərini möhkəmləndirməyə çalışır.

Bu blokada fonunda Avropa İttifaqının Ukraynaya vəd etdiyi yardımları necə çatdıracağı böyük sual altındadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR