Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur müğənnisi Özcan Deniz bacısı Sibel Deniz Semerciyə qarşı açılmış təhqir işi üzrə məhkəmədə şahid qismində ifadə verib.
Musavat.com bildirir ki, “Sevdanın Rengi”, “Nasip Değilmiş” və “Derin Duygular” kimi mahnıları ilə tanınan sənətçi Aydın 4-cü Asliye Cəza Məhkəməsində keçirilən iclasda bacısına dəstək verib.
Məhkəmə prosesi zamanı Özcan Deniz işin ədalətsiz olduğunu bildirib. O, məhkəmədən sonra jurnalistlərə açıqlamasında bacısının təhqir ittihamı ilə mühakimə olunmasını düzgün hesab etmədiyini deyib.
“Bu, çox yersiz və haqsız bir işdir. Qarşı tərəf günahkardır. Amma bəzən qanunda yazılan kimi olmadığı üçün bacım Sibel hazırda təhqir ittihamı ilə mühakimə olunur”, – deyə Özcan Deniz bildirib.
Qeyd edək ki, Sibel Deniz Semerci barədə qardaşları Ercan Deniz və Yurda Deniz tərəfindən təhqir ittihamı ilə məhkəməyə müraciət olunub.
Könül
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ