Onlayn ictimai-siyasi qəzet
Pakistan tarixi əhəmiyyət daşıyan ilk ABŞ xam neft yükünü qəbul edib. Yük Suezmax MT Pegasus gəmisi ilə Bəlucistan sahilindəki Cnergyico limanına gətirilib.
Musavat.com xəbər verir ki, Cnergyico şirkətinin sədr müavini Usama Kureşi bildirib ki, “ABŞ-dan Pakistanın qəbul etdiyi ilk xam neft yükünün gəlməsi ölkənin enerji sektoru və Cnergyico üçün mühüm mərhələdir”.
Kureşi əlavə edib ki, növbəti partiya noyabrın ortasında, üçüncü partiya isə 2026-cı ilin yanvarında çatdırılacaq. O həmçinin qeyd edib ki, bu üç yükün yekununda Pakistanın ABŞ-la ticarət balansı təxminən 200 milyon dollar yaxşılaşacaq.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ