Onlayn ictimai-siyasi qəzet
Pakistan hərbçiləri əks-hücum əməliyyatı nəticəsində Taliban qüvvələrini geri çəkilməyə məcbur edib.
Musavat.com xəbər verir ki, bu barədə Pakistanın İnformasiya Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, “Əfqan Talibanı” Xayber-Paxtunxva əyalətində Pakistan–Əfqanıstan sərhədi boyunca bir neçə nöqtəyə təxribat xarakterli atəş açıb. Rəsmi İslamabadın məlumatına görə, buna dərhal və effektiv cavab verilib.
Yayılan videoda Pakistan bayrağının taliblərdən geri alınmış mövqedə qaldırıldığı iddia olunur.
Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ