Onlayn ictimai-siyasi qəzet
Pakistan, Türkiyənin vasitəçiliyi ilə Əfqanıstanla sülh danışıqlarını yenidən bərpa edib.
Musavat.com xəbər verir ki, "Geo News" nəşrinin məlumatına görə, əvvəlki raundun pozulmasından sonra İslamabad danışıqlara “sülhə son bir şans vermək üçün” qərar verib. Pakistan nümayəndə heyəti İstanbuldakı danışıqları davam etdirmək üçün planlaşdırılan qayıdışını təxirə salıb.
Görüşlərdə əsas diqqət Pakistanda təhlükəsizlik təhdidinə çevrilmiş terror qruplarına qarşı Əfqanıstanın konkret tədbirlər görməsi tələbinə yönələcək.
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ