Onlayn ictimai-siyasi qəzet
Pakistan bayrağı altında üzən neft tankerləri husilərin blokadasına baxmayaraq Bab əl-Məndəb boğazından keçir.
Musavat.com xəbər verir ki, məlumatı Əl-Cəzirə dəniz yük axınlarını izləyən Windward şirkətinə istinadən yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının Yanbu limanından yola düşən iki Pakistan bayrağı altında üzən neft tankeri Qırmızı dəniz və Bab əl-Məndəb boğazından insidentsiz keçib.
Bu, Pakistan Xarici İşlər Nazirliyinin husiləri Pakistan bayrağı altında üzən gəmiyə edilən hər hansı bir hücumun ölkənin milli təhlükəsizliyinə təhdid hesab ediləcəyi barədə xəbərdar etməsindən bir neçə gün sonra baş verib.
İyul ayında İranın dəstəklədiyi husilər və Səudiyyə Ərəbistanı hücum mübadiləsini bərpa ediblər. Husilər Səudiyyə gəmilərinə qarşı dəniz blokadası elan edib və Qırmızı dənizdə Səudiyyə tankerlərinə hücum ediblər.
Onlar həmçinin bildiriblər ki, dəniz blokadası yalnız krallıqla əlaqəli gəmilərə deyil, həm də Səudiyyə Ərəbistanı limanlarına gedən və ya oradan gedən bütün dəniz nəqliyyatına şamil edilir.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ