Onlayn ictimai-siyasi qəzet
Pakistanın xarici işlər naziri İshaq Dar ölkəsində məsciddə baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktından sonra Azərbaycandan gələn dəstəyə görə minnətdarlığını ifadə edib.
Musavat.com xəbər verir ki, nazir sosial şəbəkə paylaşımında Azərbaycan tərəfinin həmrəyliyini yüksək qiymətləndirərək bildirib: “Bu çətin zamanda Pakistanla həmrəy olduğunuza görə təşəkkür edirik. Terrorizmə qarşı mübarizədə qətiyyətimiz sarsılmazdır”.
Rəsmi Bakının terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi, eyni zamanda dost ölkələrlə həmrəylik prinsipinə sadiq qaldığı vurğulanır.
Musavat.com

30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ