İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Bakı ilə gizli danışıqlar sənədlərini ilin sonunadək açıqlayacağıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan ilin sonunadək Bakı ilə aparılan danışıqlara aid sənədləri ictimaiyyətə təqdim edəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, Paşinyan bu qərarı ATƏT-in Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun ləğvi ilə əlaqələndirib. Onun sözlərinə görə, həmin proses başa çatdıqdan sonra sənədlərin açıqlanmasına nə mənəvi, nə də siyasi maneə qalacaq.

“Proses yekunlaşdıqdan sonra bu sənədləri açıqlaya biləcəyik. O zaman onların dərcinə mane olan mənəvi və siyasi baryer aradan qalxacaq,” – deyə Ermənistan baş naziri vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR