İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Eçmiədzinlə bağlı sərt ssenariyə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 28-də Erməni Apostol Kilsəsi ilə bağlı məsələyə “son nöqtə qoymaq” niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə 24News saytı məlumat yayıb. 

Məlumata görə, Paşinyan artıq güc strukturlarına müvafiq tapşırıqlar verib. İddiaya əsasən, plan çərçivəsində baş nazir tərəfdarları, kilsədən uzaqlaşdırılmış və ya sanından məhrum edilmiş sabiq din xadimləri, eləcə də bir qrup yepiskopun müşayiəti ilə Eçmiədzinə daxil olmağı, liturgiyada iştirak etməyi və Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin patriarx iqamətgahını tərk edərək “istefaya göndərilməsinə” nail olmağı planlaşdırır.

24News-un yazdığına görə, bu məqsədə çatmaq üçün müxtəlif ssenarilər müzakirə olunur. Həmin ssenarilər arasında Katolikos II Qareginin həbs edilməsi ehtimalı da istisna edilmir. Mənbənin bildirdiyinə görə, “uğurun təmin edilməsi” üçün güc strukturları 28 dekabrı gözləmədən bir neçə gün əvvəl aktiv fazaya keçə bilər. Belə ki, Eçmiədzin ərazisinin bağlanması, kütləvi axtarışların aparılması və Katolikosa sadiq ruhanilərin saxlanılması planlaşdırılır.

Məqalədə qeyd olunur ki, bu ssenari əvvəllər arxiyepiskop Arşak Xaçatryanla bağlı baş verən hadisələri xatırladır və kilsə–dövlət münasibətlərində gərginliyin daha da dərinləşəcəyindən xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR