Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransda çıxışı zamanı Ermənistan və Azərbaycan liderlərinin Kopenhagendə apardığı danışıqlara dair yeni təfərrüatlar açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, dövlət başçıları “Tramp marşrutu” üzrə elektrik ötürmə xətlərinin və qaz kəmərinin tikintisini prioritet mövzular kimi müzakirə ediblər.
Paşinyan bildirib ki, danışıqlar zamanı hər iki tərəf ilkin olaraq ən sürətli və real nəticə verə biləcək infrastruktur komponentlərini qiymətləndirib.
O deyib:
“Gizlətmirəm, prezident İlham Əliyevlə Kopenhagendə bu məsələni müzakirə etdik və ilkin olaraq belə nəticəyə gəldik ki, ən tez həyata keçirilə bilən layihə elektrik xətti və qaz kəmərinin tikintisidir".
Ermənistan hökumət başçısı ümid etdiyini bildirib ki, növbəti müzakirələrdə bu mövzu daha da konkretləşəcək və praktiki mərhələyə keçəcək. Paşinyan həmçinin vurğulayıb ki, layihənin reallaşmasına mane ola biləcək heç bir siyasi və ya texniki əngəl görmür.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ