Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan ordunun yenilənməsi və Silahlı Qüvvələrin inkişafı məsələlərinə həsr olunmuş hərbi müşavirə keçirib.
Musavat.com xəbər verir ki, müşavirə zamanı ordunun davamlı şəkildə modernləşdirilməsi, bu istiqamətdə atılan addımlar və əldə olunan nəticələr müzakirə olunub.
Paşinyan bildirib ki, ordunun modernləşdirilməsi ölkə üçün prioritet istiqamətdir və bu sahədə ardıcıl işlərin aparılması vacibdir.
Toplantıda həmçinin Silahlı Qüvvələrin inkişaf strategiyası, yeni təhlükəsizlik mühiti, idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ