Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Moskvanı arxayın salan açıqlamalarla çıxış edib.
Musavat.com xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistanın siyasi gündəliyində Rusiyanın maraqlarına zidd ola biləcək heç bir addım yoxdur və ölkə heç vaxt Rusiya əleyhinə yönəlmiş hər hansı siyasi məntiqə cəlb edilməyəcək.
Baş nazirin sözlərinə görə, onun Vladimir Putin və Mixail Mişustin ilə “isti və normal” münasibətləri mövcuddur. Paşinyan açıq şəkildə vurğulayıb ki, Ermənistan Rusiyaya qarşı çıxmayacaq, lakin bütün qərarlarını öz milli maraqları əsasında qəbul edəcək.
“Biz heç vaxt Rusiyaya qarşı hərəkət etməyəcəyik. Eyni zamanda, addımlarımız Ermənistanın maraqlarına uyğun olacaq. Bu, bizim strateji xəttimizdir”, – deyə Paşinyan qeyd edib.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ