İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Azərbaycanla bağlı ETİRAF: "Ən yaxşı onlardır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olduğunu və xarici sülhməramlı qüvvələrə ehtiyac olmadığını bildirib.

Musavat.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və digər xarici sülhməramlı qüvvələrin Ermənistan ərazisinə yerləşdirilməsinə ehtiyac yoxdur.

O qeyd edib ki, Azərbaycan və Ermənistan xalqları sülhün qorunmasında əsas rol oynayır və onları “ən etibarlı sülhməramlılar” adlandırıb.

Paşinyan vurğulayıb ki, heç bir xarici sülhməramlı qüvvə Ermənistan ərazisinə daxil olmayacaq.

“Azərbaycan və Ermənistan xalqları ən etibarlı sülhməramlılardır”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR