İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Rusiya ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM: Dəmir yollarını GERİ ALIR

Ermənistan Rusiyanın konsessiya idarəçiliyində olan dəmir yolu sahələrinin bir hissəsini geri almağa hazırdır. Söhbət Yerasx, İcevan və Axurik istiqamətində yerləşən dəmir yolu xətlərindən gedir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 5-də Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüşün nəticələrini şərh edərkən bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan tərəfi Tavuş vilayətində İcevan stansiyasınadək olan hissədə, Azərbaycanla sərhəddən Yerasx istiqamətində, eləcə də Türkiyə ilə sərhəddən Axurik stansiyasınadək olan dəmir yolu sahələrində bərpa işlərinin aparılmasını prioritet hesab edir. Paşinyan vurğulayıb ki, İrəvan bu işlərin “rusiyalı tərəfdaşlar” tərəfindən operativ şəkildə həyata keçiriləcəyinə ümid edir.

“Əgər bu prosesdə hər hansı maneələr və ya başqa problemlər yaranarsa, siz də bilirsiniz ki, həmin sahələr hazırda Rusiyanın konsessiya idarəçiliyindədir. Mən həmçinin Ermənistan hökumətinin bu sahələri konsessiya idarəçiliyindən geri almağa və əgər Rusiya Federasiyasının bu dəmir yolu xətlərinin lazımi şəkildə bərpası ilə bağlı problemləri ortaya çıxarsa, onları dövlət vəsaiti hesabına bərpa etməyə hazır olduğunu bildirdim”, - deyə Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, nəqliyyat infrastrukturu ilə bağlı məsələlərlə paralel olaraq Ermənistan İranla diplomatik əlaqələri də gücləndirməyi planlaşdırır. Onun sözlərinə görə, İrəvan Tehrana strateji tərəfdaşlıq haqqında sənəd imzalamaq niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR