Onlayn ictimai-siyasi qəzet
Ermənistanda iyunun 7-nə planlaşdırılan parlament seçkiləri ərəfəsində siyasi qüvvələr arasında yeni ittifaqların formalaşması müzakirə olunur.
Musavat.com xəbər verir ki, Birləşmiş Milli Konstitusiya Partiyasının rəhbəri, parlament deputatı və hakim “Vətəndaş müqaviləsi” partiyasının keçmiş üzvü Ovik Ağazaryan qarşıdan gələn seçkilərdə iştirak edəcəklərini açıqlayıb.
Onun sözlərinə görə, partiya artıq seçkilərdə iştirak etmək qərarı verib, lakin hansı formatda iştirak edəcəkləri hələ dəqiq müəyyənləşməyib. Ağazaryan bildirib ki, hazırda bir sıra siyasi qüvvələrlə danışıqlar aparırlar.
Deputat etiraf edib ki, onlar seçkilərə blok formatında qatılmağa üstünlük verirlər. Onun fikrincə, vahid partiya siyahısı ilə seçkilərə getmək minimal keçid baryerini aşmağı asanlaşdıra bilər.
Beləliklə, Paşinyanın keçmiş silahdaşlarının başqa bir siyasi qüvvə ilə birləşərək seçkilərə qatılması ehtimalı gündəmdə qalır.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ