İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın rəqibindən ŞOK AÇIQLAMA

Ermənistan müxalifətinin nümayəndəsi hökumətin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı siyasətinin ölkəni yeni böhranla üz-üzə qoyduğunu iddia edib.

Musavat.com xəbər verir ki, Ermənistan parlamentindəki "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan hökumətin Aİİ ilə bağlı son açıqlamalarına və Rusiya Xarici İşlər Nazirliyinin buna verdiyi reaksiyaya münasibət bildirib.

Abramyanın sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında yaranmış böhrandan sonra indi də Aİİ ilə bağlı böhran formalaşmağa başlayır.

Müxalif siyasətçi hesab edir ki, Ermənistanda gedən siyasi proseslər təkcə daxili siyasi qüvvələr nisbətini dəyişməyəcək, həm də ölkənin xarici siyasət kursuna ciddi təsir göstərəcək.

"İnteqrasiya prosesləri, eləcə də ikitərəfli və çoxtərəfli münasibətlər yeni mərhələyə qədəm qoyur və sürətlə inkişaf edərək özü ilə yeni təhdidlər gətirir", - deyə Abramyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR