İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cırtdan”lar Bakıda – onları da udmasaq...

Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümündə ilk qələbəsini qazanmaq üçün növbəti sınağa çıxır.

Lihtenştayn'dan Saygı: Makedonya harika futbol oynuyor - Free Press

Ayxan Abbasovun rəhbərlik etdiyi yığma D Liqasının 2-ci qrupunda ikinci tur qarşılaşmasında Lixtenşteynlə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək. Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristian-Petru Çoçirka olacaq.

Millətlər Liqasına səfərdə Litva qarşısında başlayan Azərbaycan yığması ilk turdan aktivinə bir xal yazdırıb. Vilnüsdə keçirilən görüşdə komandalar 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə turnirə uğursuz start verib. İlk turda doğma meydanda Litvanı qəbul edən komanda 0:2 hesabı ilə məğlub olub. Bu nəticə rəqibin qrupdakı vəziyyətini daha da çətinləşdirib və Bakıdakı görüşü onun üçün də vacib qarşılaşmaya çevirib. Hazırda qrup cədvəlində Azərbaycan 1 xalla ikinci turun oyununa çıxır, Lixtenşteynin isə aktivində xal yoxdur. Bu mənzərə Azərbaycan üçün meydan amilindən istifadə edərək maksimum nəticə qazanmaq imkanını ön plana çıxarır.

Son dönəmlərdə şagirdlərin idmana marağının azalmasının obyektiv və  subyektiv səbəbləri ola bilər” - İdman eksperti Kənan Məstəliyev |  tehsil365.news

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a oyunla bağlı proqnozunu açıqlayıb. Onun sözlərinə görə, qalib gəlməli olduğumuz matçdır: “Evdə oynayırıq, rəqib çox zəifdir, hər planda onlardan üstünük. Bu üstünlüyü 3 xala çevirməliyik. Lixtenşteyn müdafiə olunan, əks-hücumlarla qol vurmağa çalışan komandadır. Belələrinə qarşı oynamaq həm asan, həm də çətindir. Asan ona görə ki, primitiv oynayır, çox təhlükə yaratmırlar. Çətin ona görə ki, ağır müdafiə olunurlar, boşluq vermirlər, qol vurmaq çətin olur. Hər halda, biz daha güclüyük və qələbə qazanmalıyıq. Düşünürəm ki, qazanacağıq da”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR