İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda və rayonlarda təhlükəli tapıntılar: Polis hərəkətə keçdi

Oktyabrın 8-də paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 1 tapança, 1 qumbara, 1 alışdırıcı və 4 tüfəng aşkar edilərək götürülüb. 

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR