İnsanlara hürriyət, millətlərə istiqlal!

Patriarx Kirilldən qalmaqallı bəyanat: “Rus hərbçiləri ‘öldürmə’ əmrinə zidd getmir”

Musavat.com xəbər verir ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill müharibə ilə bağlı yenidən mübahisə doğuran bir açıqlama verib.

O bildirib ki, Rusiya hərbçilərinin döyüş əməliyyatlarında iştirakı “şərin qarşısını almaq” kimi təqdim oluna bilər və bu, guya “altıncı əmrin – öldürmə – göstərişinə zidd deyil”.

Patriarxın iddiasına görə, “müharibədə iştirakdan yayınmaq” əksinə, “şərin qarşısını almamaq” deməkdir və bu, həmin əmrin pozulması kimi qiymətləndirilə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR