İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi: Enerji sisteminə kiberhücum təhlükəsi

ABŞ Prezidenti Donald Tramp ölkənin milli enerji sisteminə qarşı artan kiberhücum və sabotaj təhlükələrini əsas gətirərək ölkədə fövqəladə vəziyyət elan edib.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri bu çərçivədə milli elektrik şəbəkələri üçün xarici istehsal olan elektrik avadanlıqlarının, rəqəmsal güclərin və proqram təminatının satın alınmasını və quraşdırılmasını qadağan edən xüsusi fərman imzalayıb.

Qərara əsasən, yüksək gərginlikli transformatorlar, generatorlar, rele mühafizə sistemləri, sənaye idarəetmə platformaları və günəş panelləri üçün invertorlar kəskin məhdudiyyətlər siyahısına salınıb. Vaşinqton xarici kəşfiyyat qurumlarının kritik altyapını sıradan çıxara biləcək kiber-müdaxilələrindən ehtiyat edir.

Ekspertlər Trampın bu gedişini ABŞ və Çin arasında davam edən texnoloji qarşıdurmanın növbəti mərhələsi kimi dəyərləndirirlər.

Çünki bundan əvvəl ABŞ xüsusi xidmət organları Çindən gətirilən bəzi cihazlarda gizli rabitə kanallarının və casus proqramlarının aşkarlandığını bildirmişdilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR