İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilk dəfə Kiyevə BU RAKETLƏ zərbə endirdi

Rusiya ilk dəfə modernləşdirilmiş “İskəndər-1000” raketi ilə Kiyevə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, raketin yeni versiyası 550 kilometrədək məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Müqayisə üçün, əvvəlki 9M723-1 versiyasının elan edilmiş uçuş məsafəsi təxminən 390 kilometr təşkil edir.

Ukrayna kəşfiyyatı iddia edir ki, modernləşdirilmiş raket hələ də böyük ölçüdə xarici istehsal komponentlərindən asılıdır. Ukrayna kəşfiyyatı raketin istehsalı ilə əlaqəli 140 komponent, 35 şirkət və 108 nəfər müəyyən etdiyini açıqlayıb.

Qurum “İsgəndər-1000”in ilk dəfə dəqiq hansı tarixdə və hansı şəraitdə istifadə edildiyini açıqlamayıb.

Bununla belə, bildirilib ki, raket bu yay Kiyevə qarşı tətbiq olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR