Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin payız sessiyası spiker Sahibə Qafarovanın rəhbərliyi ilə öz işinə başlayıb.
Musavat.com-un məlumatına görə, Dövlət Himninin oxunmasından sonra sessiyanın ilk plenar iclasında çıxış edən spiker deputatları təbrik edib.
Bildirib ki, yay tətili dövründə də Milli Məclisin xarici əlaqələri davam edib, müxtəlif səfərlər həyata keçirilib, həmçinin parlamentdə görüşlər keçirilib.
Daha sonra spiker gündəlikdəki 16 məsələdən birincisi - 27 sentyabr – Anım Günü ilə əlaqədar fikirlərini ifadə edib. Sonra isə Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı təqdim olunub. Bəyanatı deputat Ramid Namazov təqdim edib.
İclas davam edir.
E.Paşasoy,
Musavat.com
30 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ