Onlayn ictimai-siyasi qəzet
ABŞ Ordusu beş ABŞ hərbi bazasında kiçik modul nüvə reaktorlarının tikintisi üçün ümumilikdə 2,2 milyard dollar xərcləyəcək.
Musavat.com Pentaqonun açıqlamasına istinadən xəbər verir ki, reaktorları Antares Nuclear, BWXT Advanced Technologies, General Atomics Electromagnetic Systems, Radiant Industries və Westinghouse Government Services tikəcək.
Reaktorlar Corciya, Kentukki, Nyu-York, Şimali Karolina və Texasdakı hərbi bazalarda inşa ediləcək.
Sənəddə ABŞ Ordusunun ABŞ hərbi bazalarında 20-dən çox kiçik modul reaktor tikməyi planlaşdırdığı göstərilir. ABŞ ordusu bunun böyük elektrik kəsilməsi halında belə bu qurğuların fəaliyyətini təmin edəcəyini gözləyir.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ