Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskvann Avropa ölkələrinə qarşı söyüş ifadələrindən istifadə etmədiyini bildirərək, bu cür davranışın qeyri-diplomatik olduğunu vurğulayıb.
Musavat.com xəbər verir ki, Peskov diplomatiyanın mahiyyəti haqqında danışarkən kifayət qədər qalmaqallı və ironik tərif verib. "Diplomatiya nədir? Bu, bir insanı cəhənnəmə (və ya loru dildə desək, rədd olub getməyə) elə bir şəkildə göndərmək bacarığıdır ki, o, həqiqətən də ora getmək üçün hazırlaşsın", – deyə Kreml sözçüsü bəyan edib.
Peskovun bu sözləri son zamanlar Rusiya rəsmiləri, xüsusən də Dmitri Medvedevin Qərb liderlərinə qarşı işlətdiyi sərt və təhqiramiz ifadələr fonunda xüsusi maraq doğurub. O qeyd edib ki, Rusiya hakimiyyəti beynəlxalq münasibətlərdə etik normaları qorumağa çalışır, lakin bu, qarşı tərəfi "lazımi ünvana" göndərməyə mane olmur. Sosial şəbəkələrdə geniş müzakirə olunan bu bəyanat Qərb diplomatları tərəfindən Rusiyanın aqressiv xarici siyasət ritorikasının daha bir nümunəsi kimi qiymətləndirilib.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ