İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ maliyyə nəhəngləri bir startapa 1 milyard dollar ayırdılar – Nə istehsal edəcək?

Amerikanın müdafiə startapı Castelion hipersəs raketlərin istehsalını sürətləndirmək üçün 1 milyard dollardan çox maliyyə toplayıb.

Musavat.com "The Wall Street Journal"-a istinadən xəbər verir ki, vəsait investisiya şirkəti Carlyle, JPMorgan Chase və vençur kapitalı firması Andreessen Horowitz tərəfindən təmin edilib. Startap bu kapitaldan “Blackbeard” hipersəs raketlərinin istehsalını sürətləndirmək, eləcə də daha böyük hipersəs zərbə silahları və kütləvi istehsal olunan hava hücumundan müdafiə raketləri hazırlamaq üçün istifadə etməyi planlaşdırır.

Nəşr qeyd edir ki, Amerika hərbi liderləri Çinin bu cür silahların artan arsenalına qarşı durmaq üçün hipersəs raket ehtiyatlarını artırmağa çalışırlar. Qəzet yazır ki, eyni zamanda Pentaqon müdafiə şirkətlərindən Patriot kimi ənənəvi hava hücumundan müdafiə sistemlərinin istehsalını artırmağı xahiş edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR