İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin Bakı və İrəvan planı Moskvanı hərəkətə gətirdi – Zaxarova danışdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakı və İrəvanın Kiyevlə münasibətlərinin fəallaşması mövzusuna münasibət bildirib.

Musavat.com xəbər verir ki, Zaxarova brifinq zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamalarına toxunub.

Zelenski bir neçə gün əvvəl Bakı ilə münasibətlərin gücləndirilməsinin vacibliyini bildirmiş, eyni zamanda İrəvanla uzun müddətdən sonra ilk dəfə təmasların bərpa olunduğunu qeyd etmişdi.

Zaxarova bildirib ki, bu fonda Rusiyada və Rusiya vətəndaşları arasında suallar yaranır. Onun sözlərinə görə, Ukrayna tərəfindən hücumlara məruz qalan Rusiya vətəndaşları Moskvanın müttəfiq, tərəfdaş və dost hesab etdiyi ölkələrin mövqeyinə dair suallar verirlər.

“Bizim vətəndaşlarımız, sözün əsl mənasında, Kiyev rejiminin terror hücumlarının hədəfinə çevrilirlər və sual verirlər: bəs həmin ölkələr, onların rəsmi nümayəndələri, dövlət qulluqçuları və siyasi xadimləri bütün bunları görmürlər? Söhbət, bir daha təkrar edirəm, müttəfiq, tərəfdaş və dost olan ölkələrdən gedir”, – deyə Zaxarova bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR