İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski "Maşa və Ayı" cizgi filminin yaradıcılarına sanksiya tətbiq etdi

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Maşa və Ayı" cizgi serialının yaradılması və yayılması ilə bağlı olan beş Rusiya vətəndaşına və dörd təşkilata, o cümlədən "Animakkord" studiyasına qarşı sanksiyalar tətbiq edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından (MTSŞ) bildirilib ki, sözügedən cizgi filmi uşaq məzmunu pərdəsi altında rusmeylli narrativlərin yayılması üçün istifadə olunur. Tətbiq edilən məhdudiyyətlər "Maşa və Ayı"nın Ukrayna ərazisində yayımlanmasını qadağan etməyə imkan verir.

Bundan əlavə, Zelenski Rusiya rəsmilərinə, təbliğatçılarına, hərbi-sənaye kompleksi müəssisələrinə, "Rusal" şirkətlər qrupuna və "Regionlar Partiyası"nın keçmiş deputatı Yuri İvanyuşçenkoya qarşı da yeni sanksiya paketi təsdiqləyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR